Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Uels yığmasını ziyarət edib.

Rekord.az xəbər verir ki, səfir bu barədə tvitter hesabından məlumat paylaşıb.

Şarp Uels seçməsini yenidən Bakıda görməkdən məmnunluğunu bildirib:

"Onların AVRO-2020 matçlarının təlim-məşqinə baş çəkməkdən, baş məşqçi Robert Peyc və Uels Futbol Assosiasiyasının prezidenti Kiran O Konnorla görüşməkdən məmnun oldum. Komandaya uğurlar"!.

Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.