"Şəfa" hazırda Premyer Liqaya çıxmağa əsas namizəddi.


Rekord.az xəbər verir ki, komanda ilk dövrədən sonra 30 xalla zirvədə qərarlaşıb və ən yaxın izləyicisi "Baku Sportinq"i 5 xal qabaqlayır.


Yayılan məlumatlara görə, "Şəfa" Premyer Liqaya çıxacağı halda Bakıdan bölgələrimizdən birinə köçməyi düşünür. Lakin biz başqa cür xəbər almışıq. Mənbəmizin məlumatına görə belə bir şey baş verməyəcək. "Şəfa" Premyer Liqada da Bakını təmsil etməyə davam edəcək.