"Şəfa" FK "ASK ARENA"ya qayıdır! - EKSKLÜZİV
- 12:00
- 67
Premyer Liqanın debütantı "Şəfa" stadion məsələsini birdəfəlik həll edir. "Rekord.az"-ın əldə etdiyi məlumata görə, klub keçmiş ASK Arenada (əvvəlki "Şəfa", hazırkı Baku Arena) oynayacaq. Bununla bağlı Gənclər və İdman nazirliyi ilə razılıq əldə edilib.
Stadion məhz bu qurumun balansındadır. Klubla nazirlik arasındakı danışıqlar müsbət yekunlaşıb və hazırlıqlara artıq start verilib.
"Şəfa" bu mövsüm Premyer Liqada ev oyunlarını Sumqayıtdakı SOCAR Polymer Arenada keçirməyi planlaşdırırdı. Oktyabra qədər bu durumun davam edəcəyi, yalnız ASK Arenadakı təmir işləri bitəndən sonra komandanın qonaqları paytaxtda qəbul edəcəyi gözlənilir.