Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş kros qaçışı üzrə Sədərək rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Sədərək kənd 1 nömrəli tam orta məktəbdə reallaşan yarış 1 km məsafəni əhatə edib. Yarışa 32 yeniyetmə qatılıb. Sonda ilk üç yerin sahibləri diplomla təltif edilib.

Yekun sıralama:

Oğlanlar 

1-ci yer - Kənan Yaqubov

2-ci yer - Uğur Əlizadə

3-cü yer - Samil Əlizadə

Qızlar

1-ci yer - Xanım Rzayeva

2-ci yer - Songül Qədimova

3-ci yer - Özgə Qədimova