"Səbail"ə keçən məşqçi: "Neftçi"nin verdiyi maaşla dolanmaq çətin idi"
- 13 İyn 2022 23:00
- 1042
"Müşahidə Şurasının iclasında qərara alınıb ki, "Neftçi"də işləyən məşqçi ikinci yerdə işləməməlidir".
Rekord.az xəbər verir ki, buu sportinfo.az-a açıqlamasında "Neftçi" ilə yolları ayrılan U-10 komandasının məşqçisi Azər Cabbarov deyib.
Gənc mütəxəssis yeni qərarla razılaşmamasını az maaşla əlaqələndirib:
"Mən kluba gələndə, rəhbərliklə danışığım olmuşdu ki, həftənin 3 günü "Neftçi"də işləyəcəm, qalan günləri harda işləyəcəyim şəxsi işimdir.
Razılıq da verilmişdi. İndi isə yeni qərar verildi. Bildirdim ki, bununla razı deyiləm və ayrılmaq mənim üçün problem deyil. Çünki "Neftçi" verdiyi maaşla dolanmaq çətindir".
Cabbarovun komandası hazırda öz həmyaşıdları arasında keçirilən çempionatın finalındadır. Bəs həmin görüş necə olacaq?
O, uşaqları həmin oyuna çıxarıb, sonra komandadan gedəcəyini bildirib: "Özümlə gətirdiyim uşaqların da sənədlərini vermələrini istədim.
Bildirdilər ki, kim istəsə gəlib sənədlərin apara bilər. Bəzi uşaqlara "Neftçi"də qalmaların dedim. Amma onlar da mənə bildirdilər ki, "müəllim, siz olmayan yerə bizim də ayağımız dəyməz".
Bu, mənim üçün verilən ən böyük dəyər oldu. Bundan sonrakı karyeramda da bundan vacib məqam ola bilməz. Final oyunumu qalıb.
Həmin görüşdən sonra başqa komandaya keçəcəm. Sonda bu xəbərdən sonra mənə çox sayda qardaşlar xoş sözlər yazdı. Hər birinə minnətdaram. Önəmli olan bu dəyəri qazanmaqdır".