“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, paytaxt klubu şimali makedoniyalı hücumçu Florian Kadriunu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı hücumçu ilə 2020/2021 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Peşəkar karyerasına “Tirana”da başlayan Kadriu daha sonra “Teuta”, “Şkupi” və “Rabotniçki”də də forma geyinib. Onun son komandası isə 2018-ci ildən uğurları üçün çalışdığı “Renova” olub.