Misli Premyer Liqasının 26-cı turunda səfərdə "Qarabağ"ın qonağı olacaq "Səbail" daha bir itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, sarı vərəqə limitini aşan Moreno De Franca komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Ağabala Ramazanov da hələ 90 dəqiqə meydançada qalacaq gücdə deyil.