"Səbail" klubla müqaviləsi mövsümün sonunda bitəcək futbolçularla yeni müqavilələri mövsümün sonuna saxlayıb.

Rekord.az xəbər verir ki, buna səbəb komandanın sonuncu pilləni tutmaq təhlükəsinin olmasıdır.

Klub rəhbrəliyi komandanln elitan tərk edə bilmək riskini nəzərə alıblar. Əgər "Səbail" elitada yerini qoruya bilsə, o zaman Şahin Diniyevin bəyəndiyi və müqaviləsi mövsümün sonunda bitən futbolçularla danışıqlara start veriləcək.