
“Səbail” “yaşlılar”ı göndərəcək?
- 24 Fev 2022 14:00
- 678
"Səbail" növbəti mövsüm heyətini daha da gəncləşdirməyi düşünür.
Rekord.az xəbər verir ki, buna səbəb klubun hazırkı maddi durumudur.
Futbolçular ötən ilin son ayının maaşını hələ də ala bilməyib. Mükafatlardan heç danışmağına dəyməz. Əgər maddi durum gələn mövsüm də düzəlməsə, rəhbərlik daha çox gənc futbolçulara güvənməyi düşünür. Legioner və yaşlı futbolçularla yolların ayırılması nəzərdə tutulur. Elə son vaxtlar Aftandil Hacıyevin daha çox gənc futbolçulara şans verməsi də məhz bununla bağlıdır.