Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Futzal üzrə Yüksək Liqanın “Nefçti” İK – “Araz” FK oyununda “Nefçti”nin futzalçısı İlkin Hacıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanın.

Futzal üzrə Birinci Liqanın “Qarabağ Füzuli” – “Baku Fire 2” oyununda “Qarabağ Füzuli”nin futzalçısı Vüsal Bağırzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Ulduz” – “Zəngilan” oyununda “Zəngilan”ın futzalçısı Kamil Aslanov oyunun 7-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Metropoliten” – “Şuşa” oyununda “Metropoliten”in futzalçısı Mahir Rəsulov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Forza Neftçi” – “Standard” oyununda “Standard”ın futzalçısı Eşqin Tağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Timsport” – “Bibiheybət” oyununda “Timsport”un futzalçısı Anar Vəliyev “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Borçalı” – “Zülfüqar” oyununda “Zülfüqar”ın futzalçısı Elnur Adıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasının “Füzuli” – “İmişli” oyununda “İmişli”nin futbolçusu Ramazan Əliyev “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. “Füzuli”nin futbolçusu Mirkamil Əliyev “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Region Liqasının “İsmayıllı” – “Ağsu Siti” oyununda “İsmayıllı”nın futbolçusu Etibar Hacıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasının “Şəki” – “Karvan” oyununun 90+2-ci dəqiqəsində “Karvan”ın futbolçusu Əyyub Cabbarov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Region Liqasının “Kəngərli” – “Dübəndi” (Ordubad) oyununda “Kəngərli”nin futbolçusu Vüsal Əhmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşarkən AFFA rəsmilərini təhqir etməsinə və hakimlərə hücum etməsinə görə 8 oyun cəzalanıb. “Dübəndi”nin futbolçusu Taleh Hacıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Gənclər Liqasının “Qarabağ” – “Keşlə” oyununda “Qarabağ”ın futbolçusu Vasif Fərəcov oyunun 57-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Gənclər Liqasının “Səbail” – “Sabah” matçında “Sabah”ın 18 nömrəli futbolçusu Əşrəf Zeynallı “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-16 Liqasının “Neftçi” İK İB – “Azəri” TİM oyununda “Azəri”nin futbolçusu Şəmsəddin İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasının “Keşlə” – İCBFA oyununda “Keşlə”nin futbolçusu Rəvan Ələsgərov rəqibə baş ilə zərbə endirməsinə və kütləvi dava-dalaşa səbəb olmasına görə 8 oyun cəzalanıb. “Keşlə”nin digər futbolçusu Ramal İsmayılzadə və İCBFA komandasının futbolçusu Tağı Nağıyev kütləvi dava-dalaşda iştirak etdiyi üçün hər bir futbolçu 6 oyun cəzalanıb.

U-16 Liqasının ROFM – “Səbail” oyununda ROFM komandasının baş məşqçisi Mehman Məmmədov ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Səbail”in rəsmi şəxsi Ramal Hüseynov hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 15 oyun stadiona girişinə qadağa qoyulub.

U-14 Liqasının “Qəbələ” – “Gənclik” (Şəki) oyununda “Gənclik” (Şəki) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı məğlubiyyət verilib.

U-14 Liqasının “Araz” (Saatlı) – “Şirvan” (Şirvan) oyununda “Araz”ın futbolçusu Əlikamal Həsənov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasının UGİM “Ulduz” (Mingəçevir) – “Qəbələ” oyununda UGİM “Ulduz”un heyətində yetərsay olmadığından oyun baş tutmadığı üçün komandaya 0:3 hesablı məğlubiyyət verilib.

U-13 Liqasının “Mil-Muğan” – UGİM (Ağdam) oyununda UGİM (Ağdam) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı məğlubiyyət verilib.

U-12 Liqasının UGİM “Ulduz” (Mingəçevir) – UGİM (Mingəçevir) oyununda UGİM “Ulduz” (Mingəçevir) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı məğlubiyyət verilib.

U-12 Liqasının “Keşlə” – “Vətən” RİOEUGFM oyununda “Vətən” RİOEUGFM komandasının baş məşqçisi Kənan Mustafayev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Yüksək Qızlar Liqasının “Qəbələ” FK – “Keşlə” FK oyununda oyun bitdikdən sonra azarkeş qismində olan “Keşlə”nin cəzalı futbolçusu Umnisə Əliyeva rəqib komandanın oyunçularını təhqir etdiyi üçün 3 oyun cəzasının üzərinə əlavə olunub.