"Səbail"in növbəti mövsüm üçün ciddi planlarının olması haqda xəbər vermişdik.

Rekord.az xəbər verir ki, rəhbərlik klubun büdcəsini və hədəflərini böyütmək istəyir.

Bu məqsədlə indindən digər klublarda çıxış edən bəzi futbolçularla danışıqlara da başlanılıb. Lakin ortada bir problem var. Bütün bu planlar Premyer Liqa üçün hesablanıb. Əgər komanda sonuncu pilləni tutub I Divizioan düşəsi olsa, nə büdcə artacaq, nə də hədəf. Digər klublarda forma geyinən futbolçularla danışıqlarda yaranan əsas problem də bu məqamdı. Çünki hazırda sonuncu pillədə olan Bayıl təmsilçisi son pilləni tutmağa real namizəd sayılır. Ona görə digər klublarda çıxış edən futbolçular da "Səbail"ə keçməklə bağlı indidən dəqiq söz deməyə risk edirlər.