
"Səbail" onunla yeni müqavilə bağlayacaq
- 08 Mar 2023 13:00
- 633
Emil Balayev böyük ehtimalla daha 1 il "Səbail"də çıxış edəcək.
Rekord.az-a daxil olan məlumata görə, Bayıl təmsilçisi təcrübəli qapıçıya yeni müqavilə təklif edib və başqa ciddi təklifi olmayan Emilin bu təklifi qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, Balayev ötən ilin iyul ayında "Səbail"lə 1 illik müqavilə bağlamışdı.