
"Səbail" Emil Balayevi icarəyə götürmək istəyir
- 21 Yan 2022 14:00
- 745
Kamran Ağayevin karyerasını anidən başa vurması səbəbindən qapıçısı sıxıntısı çəkən "Səbail" hələ də bu problemi həll edə bilməyib.
Rekord.az-a daxil olan yeni məlumata görə, normal qapıçı tapa bilməyən Bayıl təmsilçisi "Qarabağ"dan Emil Balayevi mövsümün sonuna kimi icarəyə götürmək istəyir.
Lakin Ağdam klubunun qapıçını buraxıb-buraxmayacağı dəqiq bilinmir.
Qeyd edək ki, gürcü Luka Quqeşaşvilinin gəlişindən sonra Emilin Ağdam klubunda şans qazanmaq şansı demək olar ki, itib.