
"Səbail-2"də yeni baş məşqçi
- 14 Mar 2022 17:00
- 1170
«Səbail» rəhbərliyi «Araz Naxçıvan»a yollanan Azər Bağırovu kiminlə əvəzləyəcəyini müəyyənləşdirib.
Rekord.az xəbər verir ki, əvəzedici komanda yenidən Səbuhi Həsənova tapşırılıb.
Həm Ruslan Qafitullinin, həm də Azər Bağırovun köməkçisi olmuş mütəxəssis mövsümün sonunadək sükan arxasında qalacaq.
Mövsümün əvvəlində iş başına keçən Qafitullin qış fasiləsində «Sabah»a yollanıb və Murad Musayevə köməkçi təyin olunub. (sportinfo.az)