
Sane yaxşı oynadıqlarını iddia edir
- 20 Apr 2023 16:00
- 350
Çempionlar Liqasının 1/4 final mərhələsində "Mançester Siti"yə uduzaraq mübarizəni dayandıran "Bavariya"nın yarımmüdafiəçisi Leroy Sane 1:1 başa çatan cavab oyunu (ilk matçı "Mançester Siti" 3:0 qazanmışdı) haqda fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan futbolçu dünənki qarşılaşmada güclü oynadıqlarını iddia edib: "Yaxşı oynadıq və ilk hissədə qol vurmalı idik. Şəxsən özümü nəzərdə tuturam. Düzdür, ilk oyunda 0:3 uduzduğumuz üçün işimiz asan deyildi. Bununla belə, cavab qarşılammasını yaxşı oynadıq, rəqibə pressinq, diqtə etdik. Bilmək olmazdı, bəlkə də ilk hissədə mən o epizodda qol vursaydım, sonluq tamam başqa cür olardı".