
Samir Abasov üçün xoş olmayan xəbər: qışa qədər yeni transfer olmayacaq
- 28 Sen 2022 14:00
- 497
"Sumqayıt"a yeni baş məşqçi təyin olunan Samir Abasov qışa qədər hazırkı heyətlə işləməli olacaq.
Rekord.az-a daxil olan məluata görə, Abasov imkan daxilində heç olmasa iki yeni transfer istəyib.
Lakin rəhbərlik ona bildirib ki, limit dolub və yeni transfer üçün vəsait yoxdur. Ən azı qışa qədər səbr edib bu heyətlə işləmək lazımdır.