"Neftçi"dən ayrılandan sonra işsiz qalan Samir Abasov sabiq klubu "Sumqayıt"a qayıtmağın əlehinə deyil.

Rekord.az-a daxil olan məlumata görə, 44 yaşlı məşqçi Aleksey Baqanın mümkün gedişi fonunda onun yerinə keçmək istəyir.

Dolayısı ilə çevrəsi vasitəsi ilə klub rəhbərliyinə bu istəyini də çatdırıb. Lakin indiki halda Baqa "Sumqayıt"ın başındadır. O getsə belə, klub rəhbərliyi yerinə Samir Abasovu qaytarmaq istəyəcək, ya yox, bu da məlum deyil.