Xəbər verdiyimiz kimi, Regekampfın gəlişindən “Neftçi”də çox az oynamaq şansı qazanan Patonun göndəriləcəyi gözlənilir.

Rekord.az xəbər verir ki, “ağ qaralar” təzminat məsələsində razılığa gəlsələr futbolçunu birdəfəlik, razılığa gəlməsələr, icarə qaydasında göndərməyi düşünür.

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə qlşda Patonu məhz icarə qaydasında hazırkı komandasına aparmaq istəyir. Lakin futbolçunun yüksək ödənişli olması “Sumqayıt”ın büdcəsi ilə üst-üstə düşmür. Hər halda, Abasov istəyini “Sumqayıt” rəhbərliyinə çatdəracaq.

Qeyd edək ki, Pato qışda “Neftçi”yə məhz Abasovun istəyi ilə transfer olunmuşdu.