
Samir Abasov Dmitri Nazarovu istəmir?
- 14 Apr 2022 15:00
- 710
Dmitri Nazarovun "Neftçi"yə keçmək ehtimalı haqda məlumatar bir aydan çoxdur ki, dolaşır. Hətta millinin toplanışı üçün Bakıya gələn qazaxıstanlı futbolçunun "ağ qaralar"ın rəhbərliyi ilə görüşdüyünə dair də iddialar var.
Rekord.az-a daxil olan məlumata görə, futbolçu kluba AFFA tərəfindən təklif olunub.
Rəhbərlik etiraz eləmir. Lakin baş məşqçi Samir Abasov narazıdır. Buna səbəb Nazarovun hazırda formada olmamasıdır. Millinin Malta və Latviya ilə oyunarı da bunu açıq şəkildə ortaya qoydu. Bununla belə, məsələ hələlik açıq olaraq qalır.