
Şamaxıya getmək istəməyən legionerlərlə yollar ayrılacaq
- 24 Fev 2022 13:00
- 744
Heç kimə sirr deyil ki, "Keşlə" Şamaxıya köçəcəyi halda legionerlərlə bağlı ciddi problem yaşanacaq. Çünki əcnəbilər Şamaxıya getmək istəmirlər.
Rekord.az xəbər verir ki, məsələnin ciddi olduğunu görən rəhbərlik də artıq bununla bağlı legioner futbolçularla ilkin danışıq aparıb.
Çünki elə əcnəbilər var ki, onların klubla müqavilısi 2023-cü ildə başa çatacaq. Əgər həmin futbolçular ,Şamaxıya getməkdən imtina etsələr, onlar ya transferə çıxarılacaq, ya da həmin futbolçuların başqa klublara icarəyə verilməsi müzakirə olunacaq.