
"Şamaxı"nın problemi bəlli oldu
- 19 Yan 2023 12:00
- 574
"Şamaxı" klubu da Türkiyə toplanışını başa vuraraq, bu gün Vətənə dönür.
Rekord.az xəbər verir ki, 19-cu tur öncəsi komandanın məşqçilər korpusu ciddi narahatlıq keçirə bilər.
Buna səbəb ortada olan nəticələrdi. Ona görə yox ki, komanda Türkiyə toplanışında qələbə qazana bilmədi. Əsas problem qolsuzluqla bağlıdır. Belə ki, "Şamaxı" Türkiyədə keçirdiyi yoxlama görüşlərində qol vura bilmədi ki, bu da hücum xəttindəki dişsizliyi, problemi göstərir. "Botoşani" (Rumıniya) ilə oyun yağış səbəbindən 67-ci dəqiqədə yarımçıq dayandırıldı. Oyun yarımçıq dayandırılanda isə "Şamaxı" rəqibinə 0:1 uduzurdu. Vüqar Əsgərovun komandası ikinci oyunda Qazaxıstan "Kaysar"ı ilə 0:0 bərabərə qaldı. Son oyunda isə Serbiyanın "Napdedak" klubuna 0:1 hesabı ilə uduzdu.