"Şamaxı"dan yeni transfer
- 01 İyl 2026 23:40
- 33
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Rekord.az xəbər verir ki, bölgə təmsilçisi “Qəbələ” klubundan Okan Təhməzlini transfer edib.
Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi növbəti iki mövsümü "Şamaxı"da keçirəcək.
Xatırladaq ki, "Şamaxı" bundan öncə Sənan Muradlı, Emin Rüstəmov, Uğur Cahangirov və Ceyhun Bağırzadəni də heyətinə qatıb.