"Şamaxı" qış fasiləsində heyətini daha bir futbolçu ilə gücləndirib.


Rekord.az xəbər verir ki, bölgə təmsilçisi "Sabah" klubunun müdafiəçisi Abdulla Rzayevi mövsümün sonuna qədər icarəyə götürüb.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Ötən gün “Turan Tovuz”dan ayrılmış 24 yaşlı oyunçu cari mövsümün sonunadək "Şamaxı"nın formasını geyinəcək.