Bu gün “Zirə” və “Şamaxı” yoxlama oyununda üz-üzə gəliblər.


Rekord.az xəbər verir ki, matç "Azərsun Arena”da oynanılıb. 


Görüş şamaxılıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.


"Şamaxı"nın heyətində qolları Karim Rossi və Andrey Tırkovyanu vurub. "Zirə"nin yeganə qolunun müəllifi ilə penalti zərbəsindən Ceyhun Nuriyev olub. 


“Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”a (Xorvatiya) uduzaraq mübarizəni dayandırıb.


“Şamaxı” isə yoxlama oyunlarında “Sumqayıt”a (1:0), “Kəpəz”ə (6:1), “Karvan”a (2:1) qalib gəlib, “Qəbələ”yə uduzub (1:2).