
Şamaxı stadionunun qazonu dəyişdirilə bilər
- 20 May 2023 15:00
- 668
"Şamaxı" rəhbərliyi hazırkı süni qazonu təbii örtüklə əvəzləməkdə maraqlıdır.
Lakin Rekord.az xəbər verir ki, bu, ən tezi 2024-cü ildə ola bilər.
Hər şey komandaya yeni sponsorun tapılmasından asılıdır. Hazırda "Azercell" şirkəti ilə danışıqlar gedir. Lakin hələlik ortada konkret razılaşma yoxdur. Eyni zamanda FİF da "Şamaxı"ya yeni sponsor axtarışındadır.