Xəbər verdiyimiz kimi, AFFA ilə Şamaxı Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında şəhərdə yeni stadionun inşasına başlanılıb.

Rekord.az xəbər verir ki, 2200 tamaşaçı tutumuna malik stadionda müvafiq standartlara cavab verən əsas meydandan başqa, iki süni örtüklü qazonun da da inşası layihədə öz əksini tapıb.

Əsas meydanın tribunaları tavanla örtüləcək. Süni örtüklü meydançalarda isə ümumilikdə 300 azarkeş üçün oturacaqlar quraşdırılacaq. Əsas meydanın ətrafında qaçış zolağı olacaq.

Düzdür, pandemiya səbəbindən arenada işlər zəif gedir. Buna görə tikintinin nə zaman bitəcəyi məlum deyil. Amma ilin sonuna kimi arenanın hazır olacağı gözlənilir.