Həftəsonu "Şamaxı" ilə mühüm matça çıxacaq "Sumqayıt" ciddi itkilərlə üzləşib.

Rekord.az xəbər verir ki, vərəqə limitini aşan Vüqar Mustafayevlə, Vüsal İsgəndərlinin matçı buraxacağı öncədən bəlli idi.

Dünən isə məlum olub ki, Dieqo Karioka da Şamaxıdakı qarşılaşmada forma geyinə bilməyəcək. Braziliyaı yarımmüdafiəçi zədədən əziyyət çəkir. Həkimlər onu "Şamaxı" ilə matça yetişdirməyə çalışsalar da, dünən məlum olub ki, futbolçu bu həftə də komandaya kömək edə bilməyəcək.