Heç kimə sirr deyil ki, mövsümün sonunda Ayxan Abbasov "Şamaxı"nın baş məşqçisi postundan ayrılacaq.

Rekord.az xəbər verir ki, bunu Abbasov özü də açıqlayıb.

Bu isə o deməkdir ki, "Şamaxı" rəhbərliyi yeni baş məşqçi axtarışına çıxmalıdır. Bu məsələdə klub rəhbərliyinin mövqeyi necədir? Sualımızı "Şamaxı"nın İdarə Heyətinin sədri Elçin Usuba ünvanladıq. Usub gözləndiyimizin əksinə olaraq, sualımızı cavabsız buraxdı və yalnız "mən bunu şərh etməyəcəm" cavabını verdi.