Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən “İdman hamı üçün” layihəsi çərçivəsində “Kikboksinq hamı üçün” devizi altında kütləvi idman tədbiri təşkil edilmişdir.

Rekord.az xəbər verir ki, Salyan şəhəri Heydər Əliyev küçəsində açıq havada təşkil edilən kütləvi idman tədbirində uşaq, yeniyetmə və gənclər iştirak etmişlər.

İdmançılar təcrübəli kikboksçular Cəsarət və Dadaş İsgəndərovların müşayiəti ilə müxtəlif idman normativlərini yerinə yetirmiş və kikboksinq idman növü üzrə nümunəvi çıxışlar nümayiş etdirmişlər. Sonda müxtəlif idman normativlərində və nümunəvi çıxışlarda fərqlənən idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin sertifikatları ilə təltif olunmuşdur. Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd uşaq , yeniyetmə və gənclər arasında kikboksinq idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliğidir