Salyan rayon Gənclər və İdman İdarəsinin və Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində "Heydər Əliyev ili" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş şahmat idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirdi ki, Ulu Öndər Heydər Əliyev həm tarixi şəxsiyyət, həm də tarixi yaradan şəxsiyyətdir.Bu dahi şəxsiyyət haqqında danışarkən öncə qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edir.Birinciliyin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etmək və şahmat idman növünün kütləviliyinə nail olmaqdır.

Sonra Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Bilal Ələkbərov bildirdi ki, mənalı həyatını öz xalqına bəxş etmiş Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinədir. Belə birinciliklərin mütəmadi təşkili idmançıların təcrübəsini artırır və onları gələcək yarışlara hazırlayır.

Sonra birinciliyə start verilmişdir. Maraqlı mübarizə şəraitində keçən birinciliyin yekununda qaliblər müəyyən olundu. Sonda qaliblər Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildilər