Misirli futbolçu Məhəmməd Salah İngiltərənin "Liverpul" klubunun tarixinə düşüb.

Rekord.az xəbər verir ki, 31 yaşlı hücumçu buna Premyer Liqanın XXIX turu çərçivəsində "Mançester Siti"yə qol vurmaqla nail olub.

17-ci dəqiqədə hesabı açan forvard çempionatda Mersisayd təmsilçisinin heyətində səfərdə ən çox qol vuran oyunçuya çevrilib.

Rəqib meydanlarında 56 dəfə fərqlənən Salah 55 qola imza atan Maykl Oueni geridə qoyub.

Xatırladaq ki, “Liverpul” bu oyunda 1:4 hesabıyla məğlub olub.