
"Şahdağ Qusar" məşqlərə başladı
- 10:30
- 75
Bir müddət maddi sıxıntı ucbatından dağılmaq təhlükəsi ilə üzləşən "Şahdağ Qusar"ın fəaliyyətini davam etdirəcəyi haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, AFFA-nın müdaxiləsi ilə komanda fəaliyyətini davam etdirəcək və heyət demək olar, sıfırdan yığılıb.
Komanda baş məşqçi Elnur Abdullayevin rəhbərliyi altında dünəndən etibarən məşqlərə də start verib.