Növbəti ildən Premyer Liqada mübarizə aparmağı hədəfləyən "Araz Naxçıvan" infrastrukturla bağlı AFFA qarşısında bir sıra öhdəliklər götürüb.

Rekord.az xəbər verir ki, bu öhdəliklərdən biri də stadionla bağlıdır.

Əldə etdiyimiz məlumata görə, federasiya Naxçıvan stadionunun hazırkı qazonunu bərbad adlandırıb və dəyişdirilməsini vacib sayıb. Hətta deyilib ki, bu məsələdə AFFA da öz yardımını edə bilər, amma qərarı klub özü verməlidir. Klub rəhbərliyi isə əziyyətdən qaçmaq üçün süni örtüklü qazona üstünlük vermək haqda düşünür. Bununla bağlı federasiya ilə məsləhətləşmə aparılıb və federasiya buna mənfi yanaşmayıb. 

Görünən budur ki, daha bir gözəl stadionu itirmək üzrəyik.