Şabran rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yeniyetmə idmançıların rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmişdir.

Rekord.az xəbər verir ki, mərkəzin bələdçisi tərəfindən Müstəqil Azərbaycanımızın memarı olan Ümummilli Liderin keçdiyi həyat yolu və Azərbaycanın hərtərəfli inkişafına göstərdiyi misilsiz xidmətlər haqqında ekskursiyada iştirak edənlərə ətraflı məlumat vermişdir.

Ekskursiya zamanı iştirakçılar Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və digər əyani vəsaitlərlə tanış olublar.