Şabran şəhər Roman Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyin idman zalında 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə “İdman Həftəsi” çərçivəsində uşaq və yeniyetmələr arasında cüdo idman növləri üzrə ustad dərsləri keçirilib.

Rekord.az xəbər verir ki, ustad dərsləri cüdo üzrə Milli yığma komandanın üzvü, respublika və beynəlxalq yarışlarının qalibi və mükafatçısı, Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllim, idman ustası Coşqun Abdullayev tərəfindən keçirilib.

Sonda məktəblilər Coşqun Abdullayev tərəfindən avtoqraf alıblar.