Şabran rayon Mədəniyyət evinin qarşısında “İdman hamı üçün” layihəsi çərçivəsində “Boks” idman növü üzrə nümunəvi çıxışlar nümayiş olunub.

Rekord.az xəbər verir ki, tədirdə Şabran rayon UGİŞM-nin direktoru, Respublikanın Əməkdar məşqçisi Zeynal Zeynalov, Şabran rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları Zöhrab Quluyev, Vüsal Alışov, məşqçi-müəllimlər və 34 nəfər həvəskar idmançı iştirak etmişdir.

Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin idmanın bu növünə olan marağının artırılması, onların aktiv həyata cəlb edilməsi, rayonda idmanın kütləviliyinə nail olunması və perspektivli idmançıların aşkar edilməsidir.