Mil-Muğan RGİİ-nin təşkilatçılığı ilə cüdoçu şəhid Ağa Hüseyinlinin əziz xatirəsinə həsr olunmuş Sabirabad rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Birinciliyi açıq elan edən Mil-Muğan RGİİ-nin rəisi Nadir Quliyev Şəhid Ağa Hüseyinli haqqında məlumat verib. O qeyd edib ki, Ağa Hüseyinli perpesktivli idmançı idi, bir necə dəfə rayon və ölkə çempionatlarında iştirak edib, müxtəlif yerlərə layi görülüb.

Şəhidin atası Aydın Hüseyinli çıxış edəeək təşkilatçılara təşəklürünü bildirib və yarış iştirakçılarına uğurlar arzulayıb.

Maraqla izlənən yarışda Bakı, Salyan, Göyçay, Sabirabad idmançıları öz güclərini sınayıblar. Sonda qaliblər diplom və medallarla təltif olunublar.