Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Sabirabad Gənclər Evi sosial xidmət müəssəsi və GİKM-min Sabirabad rayon nümayəndəliyinin dəstəyi ilə gənclər arasında şahmat üzrə rayon turniri keçirlib.

Rekord.az xəbər verir ki, Mil-Muğan Regional Gənclər və İdman idarəsinin rəis müavini Elçin Qiyasov yarış iştirakçılaını salamlayaraq, yarışın keçirilməsində məqsəd gənclərin asüdə vaxtlarını səmərəli təşkil etmək, şahmat oyunun kütləviliyininə nail olmaq, gənclər arasında dostluq əlaqələrini gücləndirmək və şahmat oyununun daha da inkişaf etdirmək olduğunu qeyd etmişdir.

Sonda qaliblər Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplomlarları ilə təltif olunub.