Ölkə üzrə keçirilən "İdman həftəsi" layihəsi davam edir.

Rekord.az xəbər verir ki, layihə çərçivəsində Sabirabad şəhəri N.Nərimanov adına 2 saylı şəhər orta məktəbində cüdo üzrə ustad dərsləri keçirilib.

Cüdonun sirləri haqqında məktəblilərə məşqçi müəllim İsmayıl Mehrəliyev məlumat verib. Sonda uşaqlar İsmayıl Mehrəliyev avtoqraf alıb.