“Qəbələ”nin keçmiş futbolçusu Ceyms Adeniyi karyerasını Türkiyədə davam etdirəcək. 

Rekord.az xəbər verir ki, nigeriyalı hücumçu 1-ci Liqa təmsilçisi “Tuzlaspor”la anlaşıb. 

29 yaşlı forvardla bir illik müqavilə imzalanıb. 

Xatırladaq ki, Ceyms Adeniyi 2018/2019 və 2020/2021 mövsümlərində "Qəbələ"də çıxış edib. O, ötən mövsümü İsrailin "Makkabi" (Petax-Tıkva) klubunda keçirib.