“Sabah”la oyunda bizi nələrin gözlədiyini bilirik” - Poulsen
- 18:20
- 48
Danimarkanın “Orhus” komandasının baş məşqçisi Yakop Poulsen "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Rekord.az xəbər verir ki, mütəxəssis Azərbaycan çempionunu güclü komanda kimi tanıdıqlarını söyləyib:
"Hazırlığımızı yaxşı keçirmişik və bizi nələrin gözlədiyini bilirik. "Sabah" yaxşı komandadır. Onlar yay fasiləsindən əvvəl çox uğurlu mövsüm keçirdilər. Rəqibimiz ölkə çempionluğunu, adətən Azərbaycanın ən güclü komandası kimi tanınan və həmin mövsümdə Çempionlar Liqasında çıxış edən "Qarabağ" qabaqlayaraq qazandılar. Buna görə də sabah güclü rəqiblə qarşılaşacağıq".
Yakop Poulsen "Sabah"ın yaxşı təşkilatlanmış komanda olduğunu bildirib:
"Onların hücum xəttində sabit çıxış edən dörd futbolçu və hər fürsəti qola çevirən bir mərkəz hücumçuları var. Müdafiədə də çox sabit oynayırlar və rəqiblərə qol fürsətləri yaratmağa imkan vermirlər".
Qeyd edək ki, "Orhus" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda keçiriləcək. Komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.