Bolqarıstanın "Levski" komandasının futbolçusu Qasper Trdin "Sabah"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan öncə fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, yarımmüdafiəçi bu gün keçirilmiş mətbuat konfransında Bakıdakı oyuna ciddi hazırlaşdıqlarını söyləyib:


"Baş məşqçimizin bütün tapşrıqlarını yerinə yetirməyə çalışacağıq. İnanırıq ki, Bakıdakı matçda da qələbə bizimlə olacaq. Sabahkı görüşə 100 faiz hazırıq".


"Sabah" - "Levski" görüşü avqustun 14-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. Bolqarıstanda baş tutan ilk qarşılaşmada meydan sahibləri bir cavabsız qolla qalib gəlib.