"Sabah" klubunun mərkəz müdafiəçisi Abdulaye Ba öz instaqram hesabında üzərində Azərbaycan bayrağı və Allah şəhidlərimizə rəhmət eləsin yazısı olan fotonu paylaşıb.

Rekord.az xəbər verir ki, böyük izləyici ordusu olan Seneqal millisinin üzvü karyerası ərzində "Fənərbaxça", "Portu" kimi məşhur klublarda çıxış edib.

Və bu paylaşım həm də onların məlumatlı olmaında önəmli rol oynaya bilər.

İstənilən halda ölkəmizə gəldiyi qıs müddət olmasına baxmayaraq, dərdimizə şərik olan, şəhidlərimizə ehtiram göstərən Baya böyük çox sağ ol düşür.