
“Sabah”ın rəqibindən növbəti qələbə
- 00:58
- 36
“Sabah”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan Bolqarıstanın “Levski” klubu ölkə çempionatının 4-cü turunda növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, Sofiya klubu öz meydanında “Spartak” (Varna) komandasını qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Bu, "Levski"nin çempionatda ardıcıl 4-cü qələbəsidir.
Hazırda “Levski” 12 xalla turnir cədvəlində 2-ci yerdədir və əlavə göstəricilər üzrə “Ludoqorets”dən geri qalır.
"Sabah"la "Levski" arasında cavab görüşü 14 avqust saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. İlk matç Bolqarıstan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.