
“Sabah”ın baş məşqçisi Rusiyadan daha bir təklifi qəbul etmədi
- 11 Apr 2023 14:15
- 754
“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiyanın “Rubin” klubundan aldığı təklifi rədd edib.
Rekord.az xəbər verir ki, bu barədə “Sport-Express” nəşri məlumat yayıb.
Baş məşqçi dəyişikliyinə hazırlaşan Kazan təmsilçisi bir neçə mütəxəssislə danışıq aparıb ki, onlardan biri də Musayev olub. Lakin 40 yaşlı mütəxəssis dərhal təklifə “yox” cavabını verib. O, mövsümün gedişində iş yerini dəyişmək fikrində olmadığını bildirib.
İndiki baş məşqçi Yuri Utkulbayevlə yollarını ayırmağa hazırlaşan “Rubin”in bu posta əsas namizədi Kurban Berdiyevdir. Hansı ki, o da “Soçi”dən ayrılmağa hazırlaşır.
Xatırladaq ki, Rusiya Milli Futbol Liqasında (FNL) 26 turdan sonra 47 xalla ikinci pillədə qərarlaşan “Rubin” Premyer Liqaya qayıtmağa çalışır.