
“Sabah”dan “Səbail” üzərində qələbə
- 14 İyl 2022 21:07
- 414
Yeni mövsümə hazırlığı davam etdirən “Sabah” və “Səbail” komandaları bu gün yoxlama oyununda üz-üzə gəlib.
Rekord.az xəbər verir ki, sözügedən komandalar Masazırdakı “Bank Respublika Arena”da qarşılaşıblar.
Dörd qolun qeydə alındığı matç “Sabah”ın qələbəsiylə yekunlaşıb – 3:1. Meydan sahiblərinin heyətində Ceyhun Nuriyev dubla imza atıbsa (11 və 13-cü dəqiqələrdə), digər qolu Camal Cəfərov (90) vurub.