
“Sabah" - "Qarabağ" oyunu təxirə salındı
- 12 Avq 2025 23:45
- 36
Misli Premyer Liqasının 1-ci turunda keçirilməli olan "Sabah" - "Qarabağ" oyunu təxirə salınıb.
Rekord.az xəbər verir ki, bu haqda "Sabah" klubu açıqlama yayıb.
Komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması ilə bağlı beynəlxalq oyun qaydalarına əsasən matç başqa vaxta təyin ediləcək. Hələlik oyunun yeni tarixi açıqlanmayıb.
Ssözügedən qarşılaşma avqustun 17-də saat 18:30-da keçirilməli idi. "Sabah" 14 avqust saat 20:00-da Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Levski" ilə üz-üzə gələcək.