"Sabab" Kaşukun qalmasını istəyir.

Rekord.az-a daxil olan məlumata görə, klub tərəfindən ukraynalıya yeni müqavilə təklif olunacaq.

Əslində "Sabah" futbolçunu birdəfəlik transfer etmək istəyir. Lakin futbolçunun məxsus olduğu "Şaxtyor" bunun üçün yüksək məbləğdə transfer haqqı tələb edir. Eyni zamanda, futbolçu digər klublardan da müqavilə təkliflər var. "Sabah" isə istənilən halda, klubun büdcəsini və maliyyə stabilliyini nəzərə alacaq. Yəni büdcədəki tarazlığı pozan məbləğ istənilən halda, futbolçuya ödənməyəcək.