
"Sabah" gələn həftədən yeni futbolçularla danışıqları başlayacaq
- 03 Apr 2023 13:00
- 846
Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan "Sabah" gələn həftədən yeni transferlərlə bağlı fəaliyyətə başlayacaq.
Rekord.az-ın əldə etdiyi məlumata görə, həmin transferlər sırf avrokuboklar üçün hesablanıb.
Yəni həmin futbolçular yayda düşərgəyə dəvət olunacaq. Lakin indidən potensial namizədlərlə danışıqlara start veriləcək.