FİBA Avropa Kubokunun təsnifat mərhələsində mübarizə aparacaq “Sabah” basketbol klubu daha bir transfer həyata keçirib.

Rekord.az xəbər verir ki, amerikalı Desmond Kembriclə 1 illik müqavilə bağlanıb.

O, son mövsümü “Arizona Steyt” komandasında keçirib. 24 yaşlı basketbolçu “Toronto Raptors”un heyətində NBA yay liqası çərçivəsində baş tutan görüşlərin iştirakçısı olub.

“Sabah” daha öncə Korin Henri, Pavle Marçinkoviç, Mayk Holton, Kivon Devonport, Entoni Vilson, Şirzad Şirzadov və Endər Poladxanlını transfer edib. Fuad Niftəliyev, Rüstəm Əliyev, Əlikamran Məmmədov və Kaelin Kreynlə müqavilənin müddəti isə daha 1 il uzadılıb.